10 C
Baku
Thursday, December 12, 2024

Ölkənin ən böyük xanım investorunun payı olduğu bankın durmu açıqlanıb

“Premium Bank” ASC 2020-ci ilin ilk yarımilliyində 17.61 mln. manatlıq faiz gəliri (bunun da 16.51 mln. manatı sırf kreditlərdən) əldə edib.

Banker.az bu barədə kommersiya bankının cari ilin II rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.

Bankın faiz gəlirlərinin həcmi üzrə mənfi dinamika müşahidə edilib.  Belə ki, faiz gəlirlərinin həcmi 3.9 mln. manat və ya 18% azalması deməkdir. Təbii, bunun səbəbi də kreditlərdən gələn gəlirlərin azalmasıdır.

İlin ilk 6 ayı üzrə azalma eləcə də faiz xərclərində qeydə alınıb. Məsələn, bankın faiz xərcləri öncəki ilin müvafiq dövrü ilə müqayisədə 2.6% azalmaqla 9.1 mln. manat olub.

Nəticədə bankın xalis faiz gəliri 8.51 mln. manat olub – bu ötən ilin müvafiq dövründə 12.18 mln. manat olub.

“Premium Bank”ın qeyri-faiz gəlirləri və qeyri-faiz xərcləri ümumilikdə hesablandıqdan sonra əməliyyat mənfəəti 2.5 mln. manat təşkil edib. Əlavə olaraq, 5.1 mln. manat problemli kreditlərin geridönüşü hesabına xalis mənfəəti 7.6 mln. manat olub.

Bu mənfəətdən sonra “Premium Bank”ın bölüşdürülməmiş mənfəəti 16.62 mln. manata yüksəlib.

Aktivləri…

“Premium Bank”ın 1 iyul 2020-ci il tarixinə aktivlərinin həcmi 670.81 mln. manat (ilin əvvəli ilə müqayisədə: +4.4%) olub. Aktivlərinin 564.01 mln. manatı müştərilərə verdiyi kreditlər, o cümlədən, bunun  1.89 mln. manatı istehlak, 535.86 mln. manatı biznes və 26.26 daşınmaz əmlak kreditləri olmuşdur.

Öhdəlikləri…

1 iyul 2020-ci il tarixinə kommersiya bankının  depozit portfeli azalaraq 432.07 mln. manata qədər enib. Bu isə son yarım il ərzində 39.6 mln. manatlıq fiziki şəxslərə məxsus depozitlərin geri çəkilməsi nəticəsində baş verib. “Premium Bank”ın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 38.13 mln. manatlıq və digər bank və maliyyə qurumları qarşısında 10 mln. manatlıq öhdəliyi vardır.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154.6 milyon manatdır. Bankın səhmlərinin 84,48%-i Zərifə Həmzəyevaya, 15,22%-i “VIP Aviation Services” MMC-yə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur.

Banker.az-ın son araçdırmasına görə, Z.Həmzəyeva ölkənin ən böyük xanım investorudur.

ewrt zsdfghj

Son xəbərlər
Digər xəbərlər