“Azərenerji” ASC-yə məxsus, ölkənin ən iri İESi “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC (Azərbaycan İES) 2021-ci ili 8.32 mln. manat xalis mənfəətlə başa vurub, 2020-ci ildən 5.28 mln. manat xalis zərərlə çıxmışdı.
Bu barədə Banker.az energetika şirkətinin illik hesabatına istinad edir.
2021-ci ildə energetika şirkətinin elektrik enerjisi satışından gəlirləri 284.99 mln. manat (əvvəlki ilə nisbətən 11.5 % artım), yanacaq xərcləri 197.78 mln. manat (18.3 % artım), köhnəlmə xərcləri 46.22 mln. manat (19.5 % artım), təmir və texniki xidmət xərcləri 7.65 mln. manat (2.3 dəfə azalma), işçi heyətinin saxlanılması xərcləri 7.43 mln. manat (2.9 % azalma), xammal və material xərcləri 832 min manat (7.9 dəfə azalma), digər xərcləri 4.4 mln. manat (3.4 dəfə azalma), xarici valyuta mübadiləsindən gəliri 4 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri 8.77 mln. manat (95.2 % artım), digər vergi ödəmələri isə 3.59 mln. manat (16% artım) təşkil edib.
Azərbaycan İES —Mingəçevirdə, hər biri 300 MVt gücündə olan 8 aqreqatdan ibarət olan istilik elektrik stansiyasıdır . Bölmələr 1981 və 1990-cı illərdə mərhələli şəkildə açıldı və Taqanroq (qazan), LMZ Russia (turbin) və Elektrosila (generator) tərəfindən inşa edilmişdir. Qarabağ kanalı soyutma suyunun mənbəyidir.
Zavodun bacaları 320 metr hündürlükdədir. Yanacaqla işləyən elektrik stansiyadır.