17.5 C
Baku
Thursday, May 15, 2025

Ölkənin ən iri pambıq və tekstil şirkət qrupunun rəhbərliyində dəyişiklik olub

Azərbaycanın ən böyük pambıq istehsalçısı və tekstil sahəsində fəaliyyət göstərən şirkət qrupu “G.P. Cotton Holdings” MMC-nin rəhbəri dəyişdirilib və şirkətə rəhbərlik əcnəbi mütəxəssisə həvalə edilib.

Banker.az xəbər verir ki, Con Yanq Simpson (John Young Simpson) şirkətin baş icraçı direktoru təyin edilib. Con Yanq Simpson buna qədər şirkətin Müşahidə Şurasının sədri olub.

Şirkətlər qrupuna buna qədər Famil Kərimov Qalib oğlu rəhbərlik edirdi. O, bu vəzifəyə 2023-cü ilin mayından təyin edilmişdi. F.Kərimov hazırda həmçinin “AFB Bank” ASC-nin Müşahidə Şurasının üzvüdür.

Xatırladaq ki, “G.P. Cotton Holdings” MMC 2017-ci ildə təsis edilib və 433.06 milyon manat nizamnamə kapitalına sahibdir. “GP Cotton” — Azərbaycanın ən böyük pambıq istehsalçısı və tekstil sahəsində fəaliyyət göstərən şirkət qrupudur. Bu qrup pambığın yetişdirilməsi və yığılmasından tutmuş, emalı və müxtəlif tekstil məhsullarının istehsalına qədər bütün təchizat zəncirini əhatə edir.

“GP Cotton” daxilində iki əsas şirkət fəaliyyət göstərir — “Prime Cotton” və “GiLTEX”. Bu iki müəssisədə 5,000-dən çox əməkdaş çalışır.

Son xəbərlər
Digər xəbərlər