14 C
Baku
Saturday, November 23, 2024

Ölkənin aparıcı tütün məhsulları istehsalçısı nizamnamə kapitalını azaldır

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi 21 nömrəli ünvanda yerləşən “EUROPEAN TOBACCO –BAKU “ASC-nin ni­zamnaməsinin 6.1 və 6.3-cü maddələrinə uygun olaraq səhmdarların növbəti ümumi yığıncağı 2023-cü il iyunun 18-i saat 10.00-da “ Wyndham Baku Hoteli” Bakı, Ələsgər Qayıbov küçəsi 12 nömrəli ünvanda keçirilə­cəkdir.

Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşagıdakı məsələ əlavə olunub:

– ASC-nin nizamnamə kapitalının azaldıl­ması.

Növbəti ümumi yığıncagın gündəliyində­ki məsələ ilə əlaqədar materiallarla cəmiyyətin ofisində saat 9.00-dan 18.00-dək tanış olmaq mümkündür.

Qeyd edək ki, “European Tobacco-Baku” ölkənin aparıcı tütün məhsulları istehsalçısıdır. 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 44 635 220 manatdır və qanuni təmsilçisi Zaur Səfərovdur.

Son xəbərlər
Digər xəbərlər