Azərbaycanda könüllü aqrar sığorta 2023-cü ildə kəskin yüksəlib.
Bunu Banker.az Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin yanvar-fevral ayları üçün təqdim etdiyi statistik görsəticilərə istinad edir.
2023-cü ilin ilk iki ayında 8 milyon 880.7 min manatlıq kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığım əldə edilməklə, öncəki ilin eyni dövrünü 4 dəfədən çox üstələyib. Bu sığorta üzrə ödənişlər isə 131.3 min manat olub.
Hesabat müddətində kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar illik müqayisədə 70% azalaraq 205.1 min manat olmuş, ödənişlər isə 245.5 min manata yüksəlib.
Beləliklə, ölkədə aqrar sahəsi üzrə ixtisaslaşmış sığorta şirkəti “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2023-cü ilin ilk iki ayında 9 milyon 040 min manat sığorta haqqı yığdığı halda, cəmi 551min manat sığorta ödənişi həyata keçirib.
Sığorta şirkəti 2022-ci ildə ümumi 14 milyon 136 min manat yığım, 2 milyon 390 min manat ödəniş həyata keçirmişdi.
Qeyd edək ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib.
Müştərək şirkətin təsisçiləri – “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir.