Ölkənin aqrarsığorta bazarında ‘sıçrayış’ – Bu il 4 dəfə böyüdü

Azərbaycanda könüllü aqrar sığorta 2023-cü ildə kəskin yüksəlib.

Bunu Banker.az Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin yanvar-fevral ayları üçün təqdim etdiyi statistik görsəticilərə istinad edir.

2023-cü ilin ilk iki ayında 8 milyon 880.7 min manatlıq kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığım əldə edilməklə, öncəki ilin eyni dövrünü 4 dəfədən çox üstələyib. Bu sığorta üzrə ödənişlər isə 131.3 min manat olub.

Hesabat müddətində kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar illik müqayisədə 70% azalaraq 205.1 min manat olmuş, ödənişlər isə 245.5 min manata yüksəlib.

Beləliklə, ölkədə aqrar sahəsi üzrə ixtisaslaşmış sığorta şirkəti  “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2023-cü ilin ilk iki ayında  9 milyon 040 min manat sığorta haqqı yığdığı halda, cəmi 551min manat sığorta ödənişi həyata keçirib.

Sığorta şirkəti 2022-ci ildə ümumi 14 milyon 136 min manat yığım, 2 milyon 390 min manat ödəniş həyata keçirmişdi.

Qeyd edək ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib.

Müştərək şirkətin təsisçiləri – “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC,  “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər