24 C
Baku
Wednesday, June 11, 2025

Ölkənin audit bazarı 15 %-dən çox böyüyüb

2024-cü ildə Azərbaycandakı auditor təşkilatları və sərbəst auditorlar 153,4 milyon manat məbləğində 7 193 müqavilə bağlayıb.

Auditorlar Palatasının mıkumatına görə, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 15,2 % çox və 0,5 % azdır.

Beləliklə, ötən il audit bazarında 1 müqavilənin dəyəri orta hesabla 21,3 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 15,8 % çoxdur.

Hesabat dövründə bağlanmış müqavilələrdə Böyük 4-lüyün (“Deloitte”, “PricewaterhouseCoopers”, “Ernst & Young” və KPMG) payı məbləğ olaraq 64,1 %, say olaraq isə 15,1 % olub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 4,8 faiz bəndi və 1,3 faiz bəndi çoxdur.

2024-cü il ərzində bağlanmış müqavilələrdən 117,9 milyon manat məbləğində 6 353-ü yerinə yetirilib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 23,8 % və 0,7 % azdır.

Beləliklə, ötən il audit bazarında yerinə yetirilmiş 1 müqavilənin dəyəri orta hesabla 18,5 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 24,2 % çoxdur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər