9 C
Baku
Friday, December 13, 2024

Ölkənin bank sektoru vəziyyətini bir qədər də yaxşılaşdırır – ₼570 mln. xalis mənfəət

Azərbaycanda bank sektorunun xalis mənfəəti 2021-ci ilin ikinci yarısından sonra daha da yüksəlməyə başladı.

Banker.az Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə istinadən xəbər verir ki, sektor cari ilin ilk 10 ayı ərzində 570.1 milyon manatlıq xalis mənfəət edib.

Cari ilin yanvar-oktyabr ayları ərzində əldə edilmiş xalis mənfəət 2020-ci ilin eyni dövrünü 19% üstələyib.

Ötən ilin oktyabrında ölkənin bank sektorunun zərər etmişdi, və ilk 9 ay ərzindəki 512.8 milyon manat xalis mənfəət, ilin ilk 10 ayında 478 mln. manata düşmüşdü.

Bank sektoru cari ilin ilk on ayında 1 milyard 731 milyon manat faiz gəliri, 448 milyon manat faiz xərci, 702 milyon manat qeyri-faiz gəliri və 1 milyard 142.1 milyon manat qeyri-faiz xərci etmişdir. Nəticədə, sektorun əməliyyatı 810.2 milyon manat mənfəətlə tamamlanmışdır. Öncəki ilin eyni dövründə 665.6 milyon manat idi.

322

Son xəbərlər
Digər xəbərlər