Hazırda Azərbaycanda bankomatların sayı 2 479 ədəd təşkil edir. İlin əvvəlindən bankomatların sayında 62 ədəd artım olub.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə bankomatların sayı 14% artıb.
Bankomatların 1395 ədədi Bakıda, 1084 ədədi isə Regionlarda yerləşir.
Həmçinin POS terminalların da sayı artaraq 42 790 ədəd olub. Ilin əvvəli ilə müqayisədəPos terminallarda 30%, ötən ay ilə müqayisədə isə 4 018 ədəd artım olub.