17 C
Baku
Saturday, May 18, 2024

Ölkənin ikinci ən böyük gəlirli hotel biznesi olan Qəbələdə mənfəətlilik aşağı düşüb

2023-cü ildə Azərbaycanda paytaxtdan sonra ən çox gəlirli Qəbələdə hotel sənayesinin gəlirləri yüksəlsə də, mənfəətlilik aşağı düşüb. Əlavə olaraq hotellərə gələnlər illik müqayisədə azalıb.

Banker.az rəsmi statistik göstəriciləri hesablayaraq nəticəyə gəlir ki, ötən il Qəbələ rayonunda hotellər 2.39 mln. manat mənfəət əldə ediblər. Bu da 2022-ci ildən 1.11 mln. manat və ya 32 faiz aşağı nəticədir. Mənfəət dedikdə hotel və mehmanxana tipli turizm obyektlərinin gəlirləri və onların çəkdiyi xərc nəzərdə tutulur.

Belə ki, rayonda ümumilikdə hotellər 34.66 mln. manat gəlir əldə edib, 32.27 mln. manat xərc çəkiblər. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, bu da müvafiq olaraq öncəki ildən 21 faiz və 28% yuxarı göstəricidir. Hotellər gəlirlərinin 16.47 mln. manatını nömrə satışından əldə ediblər.

Azərbaycanda hotellər Bakıdan sonra ikinci ən böyük gəliri bu rayonda əldə edirlər. Məsələn, keçən il Bakı şəhərindəki hotellər 314.12 mln. manat gəlir əldə etmişdi.

Qeyd edək ki, Qəbələdə ümumilikdə 18 mehmanxana və mehmanxana tipli müəssisələr və 21 subyekt var ki, bu da ümumilikdə 1 079 yerləşmə sayı deməkdir.

2023-cü ildə Qəbələdə 79 823 turist hotelə yerləşdirilib ki, bunun 37 753-ü yerli, qalan 42 070-i xarici vətəndaşlardır.

Qeyd edək ki, 2022-ci ildə isə ümumilikdə 98 728 turist mehmanxanalara yerləşdirilmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər