23 C
Baku
Sunday, September 29, 2024

Ölkənin pul bazası 12% artdı

Azərbaycanda pul bazası 11244,6 mln manata çatıb. Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə pul bazası 1 128 mln manat və yaxud 12 % artıb. Həmçinin dövriyyədə olan nağd pul 10617,8 mln manat, bank ehtiyatları 617,7 mln manat, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti isə 94,4 % təşkil edir.

Qeyd edək ki, Pul bazası dedikdə,pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Capture

Son xəbərlər
Digər xəbərlər