11 C
Baku
Saturday, November 29, 2025

Ölkənin pul bazası azalıb

1 İyul tarixində Azərbaycanda pul bazası 7 806 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, pul bazası bir ay ilə müqayisədə 177.7 mln manat və yaxud 2.22% azalıb.

Cari ilin əvvəlindən isə pul bazası 2 954.3 mln manat və yaxud 27% azalıb.

Həmçinin sərbəst və məcburi bank ehtiyatlarında da dəyişikliklər müşahidə olunub. Belə ki, sərbəst bank ehtiyatları bir ay ərzində 143.8 mln manat azalaraq, 655.5 mln manat, məcburi ehtiyatlar isə 12.9 mln manat artaraq, 62.8 mln manat təşkil edib.

O cümlədən dövriyyədə olan nağd pullar da azalma qeydə alınıb. Belə ki, son bir ay ərzində dövriyyədə olan nağd pullar 45 mln manat azalaraq, 7 084,4 mln manat, bank ehtiyatları isə 130.9 mln manat azalaraq 718,3 mln manat təşkil edib.

Həmçinin dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti cüzi artaraq 90,8%-ə bərabər olub. Ötən ay isə bu göstərici 89,3 % təşkil edirdi.

Qeyd edək ki, Pul bazası dedikdə,pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Son xəbərlər
Digər xəbərlər