1 C
Baku
Saturday, December 14, 2024

“Ölkənin valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarına çatıb”

2019-cu il iqtisadi artım dinamikası 2,2%, qeyri-neft sektorunda artım dinamikası isə 3,5%-ə çatıb.

Bunu “Vergi islahatları: Birlikdə kölgədən işığa doğru” mövzusunda keçirilən konfransda çıxış edən İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, ölkənin strateji valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarına çatıb ki, bu da ÜDM-in həcminin 90%-dən çox deməkdir.

M.Cabbarov onu da qeyd edib ki, qeyri-neft ixracında da artım dinamikası müşahidə olunur:

“Qeyri neft sektoru 14% artaraq 2 mlrd. dollara çatıb. İnflyasiya 2,6% olub, əhalinin pul gəlirləri isə inflyasiyanı 2,8 dəfə üstələyib”.

Son xəbərlər
Digər xəbərlər