2022-ci ilin yanvar-may aylarında özəl müəssisələrin qeyri-neft ixracı üzrə gəlirlərinin həcmi açıqlanıb.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında məlumat verilib.
Siyahıya 79.6 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 40.9 milyon dollar ixrac həcmi ilə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi gəlir.
Ölkəyə ən çox gəlir gətirən növbəti üç şirkət isə – “P-Aqro” (24.8 milyon dollar), “STP Alüminium” (17 milyon dollar), “Aqrovest” (16.5 milyon dollar), “ZR-78 Company”dir (15.8 milyon dollar) olub.