16 C
Baku
Monday, May 13, 2024

Ölkəyə ən çox valyuta gətirən “MKT İstehsalat Kommersiya”nın ixrac gəlirləri düşdü

Azərbaycanın pambıq istehsalçısı “MKT İstehsalat Kommersiya” MMC 2023-cü ilin yanvar ayında qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yeri tutub.

Banker.az xəbər verir ki, bu ilin yanvarında “MKT İstehsalat Kommersiya” tərəfindən 10.6 milyon dollarlıq məhsul ixrac edilib.

“MKT”nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 33% azalıb. Şirkət 2022-ci ilin yanvar ayında 15.9 milyon dollarlıq məhsul ixrac etmişdir.

Xatırladaq ki, Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

“MKT İstehsalat Kommersiya” MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.

Regionlarda yerləşən Pambıq Emalı, Qəbul Məntəqəsi və İnnovasiya filiallarından başqa “MKT İstehsalat Kommersiya” MMC-nin Bakı şəhəri və Mingəçevir şəhəri ərazisində xam pambıq mahlıcından müxtəlif növ ipliklər istehsal edən “Bakı Tekstil Filialı” və “Mingəçevir Tekstil Parkı”, Şirvan şəhərində çiyiddən pambıq yağı istehsal edən “Şirvan Yağ Emalı Zavodu” fəaliyyət göstərməkdədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər