2 C
Baku
Saturday, December 14, 2024

Ölkəyə 6 ay ərzində gətirilən dərman vasitələrində artım – Aylar üzrə göstərici (Siyahı)

Azərbaycana cari ilin ilk 6 ayı ərzində 180 milyon 783 min dollar dəyərində 11 min 744,35 ton əczaçılıq məhsulları idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən bildirir ki, 2020-ci ilin təkcə iyun ayında isə 29 milyon 282 min dollarlıq əczaçılıq məhsulları Azərbaycana gətirilib.

İlin əvvəlindən Azərbaycana idxal olunan tibbi məhsulları nəzərdən keçirsək, koronavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq həmin aylarda xeyli artım müşahidə olunur. Belə ki, Azərbaycana yanvar ayında 30 milyon 251 min dollarlıq, fevral ayında 26 milyon 232 min dollarlıq əczaçılıq məhsulları gətirilib. Məlumat üçün bildirək ki, fevral ayının sonunda artıq Azərbaycanda koronavirusa ilk yoluxma faktı qeydə alındı.

2020-ci ilin mart ayında isə Azərbaycana 28 milyon 579 min dollarlıq, aprel ayında 38 milyon 648 min dollarlıq, may ayında 27 milyon 792 min dollarlıq tibbi məhsullar idxal olunub. Göründüyü kimi, fevral ayından əczaçılıq məhsullarının idxalı artsa da, aprel ayı ilə müqayisədə may ayında azalma qeydə alınıb. Məlumat üçün bildirək ki, may ayının sonundan artıq Azərbaycanda karantin rejimi artıq yumşalmağa, xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilmişdir. Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanırdı. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammanlın ixracını da saxlamışdırlar. Amma Azərbaycanda aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı oldu.

Statistikadan görünür ki, may ayı ilə müqayisədə artıq iyun ayında əczaçılıq məhsullarına tələbat yenidən artıb.  Beləliklə, iyun ayında isə COVİD-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə həftə sonları bəzi şəhər və rayonların ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyə başlayıb. 5 iyuldan etibarən isə xüsusi karantin rejimi sərtləşdirilmişdir. Həmçinin onu da qeyd edək ki, 5 avqustdan etibarən yoluxmanın azalması ilə əlaqədar ölkədə bəzi yumşalmaların tətbiqinə başlanılıb.

890

 

Son xəbərlər
Digər xəbərlər