Ölkəyə gətirilən minik avtomobillərinin sayı 32% azalıb

2026-cı ilin yanvar-fevral ayında Azərbaycan 267 milyon 388 min dollar dəyərində 11 933 ədəd cəmi avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 7.5%, miqdar ifadəsilə 29% azalıb.

O cümlədən, 2025-ci ilin yanvar-fevral ayında isə Azərbaycana 288 milyon 940 min dollar dəyərində 16 758 ədəd cəmi avtomobil gətirilib.

Bu ilin ilk iki ayında Azərbaycana minik avtomobillərinin idxalı 10 488 ədəd ikən, əvvəlki ildə 15 309 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 31.5% azalıb.

Son xəbərlər
Digər xəbərlər