7 C
Baku
Thursday, December 12, 2024

Ölkəyə idxal edilən toyuqlara tətbiq olunan gömrük rüsumunun müddəti uzadılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.Azərbaycana idxal edilən ev toyuqları (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş) üçün tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb.

Banker.az xəbər verir ki, bununla bağlı Baş Nazir qərar imzalayıb.

Qərara əsasən, Azərbaycana idxal edilən ev toyuqlarının (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş) 1 kq-na 1 ABŞ dolları rüsumun tətbiq müddəti 31 dekabr 2021-ci ildən 31 dekabr 2023-cü ilə qədər uzadılıb. Bu müddətdən sonra ev toyuqlarının 1 kq-na 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Son xəbərlər
Digər xəbərlər