Azərbaycanın ilk kosmetik şirkəti olan “Gazelli Group” MMC nizamnamə kapitalını 2021-ci ildə üçüncü dəfə artırmaq qərarı verib.
Banker.az xəbər verir ki, “Gazelli Group”un nizamnamə kapitalı 7 420 000 manat, yaxud 28% artırılaraq 33 920 000 manata çatdırılıb.
Kosmetika şirkətinin nizamnamə kapitalı 2021-ci ildə üçüncü dəfədir artırılır. Yanvar ayında 3.5 mln. manat, martında isə 4.24 mln. manat artırılmışdı. Beləliklə, ilin ilk rübündə şirkətin nizamnamə kapitalı 41% artırılmşdı.
Kosmetika şirkəti sonuncu dəfə kapital artımına 2021-ci ilin yanvar ayında getmişdi. Həmin zaman nizamnamə kapitalını 3.5 mln. manat artırmışdı. Beləliklə ilin ilk rübü çıxmamış “Gazelli Group” kapitalını 7.74 milyon, yaxud 41% artırmalı oldu.
Qeyd edək ki, “Gazelli Group” 1999-cu ildə dr. Zərifə Həmzəyeva tərəfindən təsis edilib.
Z.Həmzəyeva, Banker.az tərəfindən öncəki il tərtib edilən siyahıya görə, ölkədə fiziki şəxs kimi ikinci ən böyük bank səhmdarıdır.