Olmuş hadisə: 1.000.000 dollar qazanmağın ən sadə yolu

Çox təşəbbüskar və yaradıcı bir gənc oğlan “Necə milyon dollar qazanmaq olar?” adlı bir unikal sxem hazırlayıb.

Məsələ ondadır ki, o insanlara milyon dollar qazanmağın unikal yolunu öyrətməyi vəd etmiş və bunun əvəzində onlardan sadəcə 1 dollar tələb etmişdi. Belə ki, bu metodu öyrənmək istəyən insanlar ona məktubla bir dollar göndərməli, o da cavabında məktubla bu üsulu bildirməli idi.

Əlbəttə ki, istər maraq xatirinə, istərsə də “asan pul” qazanmaq istəyənlər ona xeyli məktub göndərdilər. Bunun əvəzində gənc oğlan onlara öz üsulunu yazıb göndərdi: Milyon dollar qazanmaq üçün milyon insandan sizə 1 dollar göndərməsini tələb etməyiniz kifayətdir.

Beləliklə, bu gənc oğlan heç bir xüsusi əmək sərf etmədən, sadə, dürüst və əvəzedilməz bir yolla öz ilk milyon dollarını qazandı.