Bir varlı insan qoca bir kəndlidən 100 dollara bir uzunqulaq alır. Kəndli uzunqulağı ona növbəti gün gətirməli idi. Kəndli danışılmış vaxtda gəlir, amma yanında uzunqulaq olmur. O deyir:
— Bağışlayın, amma uzunqulaq keçindi.
— Onda, mənim pullarımı özümə qaytarın, 100 dollarımı geri verin!
— Verə bilmərəm –axı onları artıq xərcləmişəm.
— Yaxşı, onda uzunqulağı mənə gətirin.
— Siz onunla nə edəcəksiniz ki?- qoca kəndli soruşur.
— Mən onu lotereyada oynayacağam.
— Axı, siz ölü uzunqulağı lotereyada oynaya bilməzsiniz.
— İnanın ki, bunu edə bilərəm. Sadəcə onun ölü olmasını heç kəsə demək lazım deyil.
Hadisədən bir ay sonra, həmin kəndli yenə bu varlı insana rast gəlir.
— Həmin ölü uzunqulağın sonrakı taleyi bəs necə oldu – qoca kişi soruşur?
— Dediyim kimi mən onu lotereyada oynadın, bir dənəsi dollardan olmaqla 500 bilet satdım və nəticədə 998 dollar gəlir qazandım..
— Bəs, bu necə oldu, heç etiraz edən olmadı ki?
— Yalnız bir oğlan, uzunqulağı udan adam. O çox qəzəbləndi, onda mən də sadəcə ona 2 dollarını geri qaytardım…