6 C
Baku
Saturday, December 14, 2024

Ölümə aparan “sığorta”

New-York yollarındakı tıxaclara görə dünyanın ən irəlidə gedən şəhərlərindən biridir. Belə izdihamlı tıxacın mövcud olduğu günlərin birində bir avtomobil yüngül şəkildə piyadanı vurur. Gözlənilməz qəzadan piyada heç bir xəsarət almır və sadəcə olaraq yerə yıxılır.

Avtomobilin sürücüsü avtomobildən enərək piyada ilə danışır, üzr istəyir və hər şey qaydasına düşür. Lakin piyada yıxıldığı yerdən ayağa qalxmaq istədikdə yaxınlıqdan keçən bir şəxs ona yaxınlaşır və “ayağa qalxmasa və özünü yaralanmış kimi göstərsə sığortadan yaxşı pul qazana biləcəyini” deyir. Bir anda heç bir zəhmət çəkmədən pul qazana biləcəyini eşidən piyada azca qalxdığı yerdə yenidən avtomobilin altına uzanır.

Bu zaman avtomobilin sürücüsü isə baş vermiş qəzadan həyəcanlı olduğundan bir an öncə hadisə yerindən getmək istəyirdi və piyadanın artıq yerdən qalxaraq getdiyini düşünərək avtomobilini sürətlə işə salır. Bir anlıq hərisliyinə qapılan piyada isə nə baş verdiyini anlamadan hərisliyinin qurbanı olur.

Son xəbərlər
Digər xəbərlər