17 C
Baku
Wednesday, October 2, 2024

Ölüm oteli

Silsilə qətillər törədən qatil Henri Hovard Holms 19-cu əsrin sonunda Çikaqoda çoxsaylı tələlər ilə zəngin otel inşa etdirir.

Holms tikinti zamanı bir çox tikinti ustasının əməyindən istifadə edirdi və ustaları tez-tez dəyişirdi. Bu səbəbdən də binanın əsl quruluşunu və planlanma formasını yalnız özü bilirdi.

Onun qurbanları tək həyat sığortası ilə işə qəbul etdiyi otel işçiləri deyil, həm də burada qalmağa gələn müştərilər idi. Holms adətən cəsədləri yarır və onlardan skelet modelləri hazırlayaraq müxtəlif təşkilatlara satırdı.

Manyak qatilin arsenalında səskeçirməyən otaqlar, qaz kameraları, turşu ilə dolu çənlər, müxtəlif tüstülər və zəhər şüşələri var idi. Holmsa ölüm hökmünün oxunduğu məhkəmə prosesində o özünü 27 qətl hadisəsində təqsirkar olaraq qəbul etdi. Lakin bir faktı qeyd edək ki, tədqiqatçılar onun qurbanlarının sayının 200-dən çox olduğunu düşünür.

Son xəbərlər
Digər xəbərlər