10 C
Baku
Thursday, December 12, 2024

Ölüm qeydiyyatı qaydalarını pozanlar 300 manatadək cərimələnəcək

Ölümün qeydə alınması qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilir.

Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni – 562-1-ci maddədə əksini tapıb.

Yeni maddəyə əsasən, ölümün qeydə alınmasının pozulmasına görə cərimə müəyyənləşir.

Layihəyə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə də vəzifəli şəxslərin 150 manatdan 300 manatadək məbləğdə cərimə edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər