5 C
Baku
Monday, December 23, 2024

Ölüm vadisi nədir?

Bizim planetimiz fantastik və sirli məkanlarla zəngindir. Belə yerlərdən biri də ABŞ-ın sərhədləri çərçivəsində olan və Moxava səhrasında yerləşən milli parkdır. Bu səhra Ölüm Vadisi adlanır. Bu vadi boyunca ətrafa səpələnmiş daşlara rast gəlmək mümkündür. Bu daşların bəziləri futbol topu, bəziləri isə yarım tona qədər ağırlığa malikdir. Bu qaya parçalarının qeyri-adiliyi həm də onların yerlərini bir yerdən digər yerə dəyişə bilmələrindədir. Bu yerdəyişmələrin izini səhra üzərində aydın şəkildə görmək mümkündür. Bu milli park bütün ABŞ ərazisində olan ən böyük parkdır. 

Onun sahəsi 3,3 milyon hektar təşkil edir. Ölüm Vadisi milli parkı dəniz səviyyəsindən 85 fut aşağı məsafədə yerləşir. Qərb istiqamətindən vadini 11,049 fut hündürlüyündə olan Teleskop Pik dağı, şərqdən isə 5,475 fut hündürlüyündə Dantez Vyu dağı əhatə edir. Dantez Vyu dağı bütün vadi boyunca möhtəşəm görüntü yaradır.

Ölüm Vadisi özünün gözəl səhra təbiəti və zəngin mənzərələri ilə yalnızca tədqiqatçıların deyil, adi turistlərində böyük marağına səbəb olur. Qərb yarımkürəsinin ən aşağı nöqtəsi olan Bedvoter dəniz səviyyəsindən 282 fut aşağı məsafədə yerləşir.

Ölüm Vadisi öz adını bu ərazidən keçən əcnəbilərdən alıb. 1849-cu ildə bir qrup insan Kaliforniyada yerləşən qızıl yataqlarına getmək üçün yolu qısaldaraq buradan keçməyi qərara alıblar. Bir neçə həftə boşuna gəzdikdən və bir çox adamlarını itirdikdən sonra amerikalılar buranı Ölüm Vadisi, Cənazə silsilələri, Son Ümid Naminə və s. adlandırmışlar. Beləliklə ən böyük milli park öz adını belə qazanmışdır.

30 il sonra, 1880-ci ildə burada bor yataqları tapılmış və onun əldə olunaraq emal edilməsi üçün mədənlər tikilmişdi. Burada bütün ev heyvanları içərisindən yalnızca qatırlar qalmışdı. Ondan borun istismarı və vadidən daşınması üçün istifadə olunurdu. 1906-cı ildə borun emal olunması dayandırıldı. Buna baxmayaraq, o zamanlar emal edilən borun daşındığı yol bu gün də mövcudluğunu qoruyub saxlayır. Lakin insanların marağını cəlb edən əsas bu deyil. Bu yer tək Kaliforniyada deyil, ABŞ-da da ən yaxşı yer hesab olunur.

Vadinin ən böyük hissəsində Dünya Okeanından aşağı səviyyədə yerləşən və vaxtilə mövcud olmuş qədim gölün dibində qeyri-adi duz yataqlarının mövcudluğunun şahidi oluruq. Bu sahə duz kristallarının forma və teksturası baxımından iki fərqli növə ayrılır. Duz kristalları müxtəlif şəkillərdə 30sm-dən 70 sm-ə qədər yuxarı yüksələ bilirlər. Öz nizamsız quruluşları sayəsində onlar günəş və ay işığını əks etdirərək möhtəşəm mənzərə yaradırlar. Kənarları bıçaq kimi iti olan kristallar yay günü də heç nə ilə müqayisə edilməyən dərəcədə soyuqluq yarada bilirlər. Bu ərazidə rahat hərəkət etmək demək olar ki, mümkün deyil və yüksək keyfiyyətli, davamlı ayaqqabı tələb olunur. Bununla bağlı bu ərazi “Şeytanın qolf klubu” adını alıb.

Yaxınlıqda Dünya Okeanından 86 fut aşağı səviyyədə yerləşən “Murdar Su” adlı ərazi yerləşir. Burada duz yataqları fərqli formadadır. Burada hamar ağ səthlər üzərində hündürlüyü 4-6 sm yüksəklikdə olan eyni formalı duz birləşmələri əmələ gəlir. Bu duz birləşmələri Ölüm Vadisinin səthinə hörümçək toru kimi yayılmışdır və bu da özlüyündə möhtəşəm mənzərə yaradır.

 

Son xəbərlər
Digər xəbərlər