26 C
Baku
Saturday, April 20, 2024

Ölümcül xəstəliyin məğlub edilməsinə görə mükafat: “Coursera” nın qurucusu $1 mlrd. necə alacaq

Daphne Koller özündə müxtəlif adları birləşdirir – biologiya, kompüter elmləri və təhsil üzrə mütəxəssis, “Coursera” təkbuynuzlunun qurucusudur.

Bu gün onun “Insitro” startapı süni intellekt texnologiyasından istifadə edərək dərmanların axtarışına olan yanaşmanı dəyişdirməyə çalışır. “Insitro” inqilabi metodikadan istifadə edərək təhlükəli qaraciyər xəstəliyini müalicə edən dərman tapsa, “Gilead Sciences” şirkətindən 1 milyard dollar mükafat alacaq.

Daphne Koller İsrailin Yerusəlim şəhərində magistr dərəcəsini alandan sonra, 26 yaşından bəri Stenford Universitetində müəllim olaraq işləməyə başlamışdır. Qeyd edək ki, mütəxəssisin təsis etdiyi  “Coursera” platforması 1 milyard dollar dəyərində qiymətləndirilir və dünyanın istənilən nöqtəsində yaşayan hər bir insana ödənişsiz təhsil almaq imkanını verir.

51 yaşlı alimin növbəti layihəsi “Insitro” dur. Bu şirkət kütləvi məlumatları təhlil edərək yeni dərmanları axtarıb tapmağa kömək edir. “Insitro” biomühəndislik və proqram təminatı sahəsindəki nailiyyətlərdən yararlanmağı düşünür.

“Bu gün maşınlar bizə inanılmaz nəticələr əldə etməyə kömək edirlər. Nəhayət, böyük həcmli məlumatları təhlil etmək imkanımız var”, – Koller qeyd edir.

Onun sözlərinə görə, süni intellekt investorlar üçün “ən yaxşı seçimlərdən biridir”. Altı ay ərzində Koller “ARCH Ventures”, “Andreessen Horowitz”, “Foresite Capital”, “GV”, “Alphabet” və “Third Rock” dan 100 milyon dollar cəlb edib. Bir qədər sonra investorlar sırasına Jeff Bezos da daxil oldu.

Əslində “Insitro” tək deyil, yeni dərmanları daha sürətli axtarıb tapmağı təmin etmək istəyən startapların sayı olduqca çoxdur. Misal olaraq “Notable Labs” (55 milyon dollar) və “Verge Genomics” (36 milyon dollar) adlarını çəkmək olar.

Bununla yanaşı, Koller real düşünməyi üstün tutur: “Bu platforma sehrbaz deyil – o, biologiyanın qanunlarını sadələşdirə bilməz”.

Əczaçılıq şirkətlərin marağı, “Insitro” layihəsini istehlak hədəfinə çevirə bilər. Lakin Koller dərmanları öz markasının adı altında istehsal etmək niyyətində olduğunu bildirib və insanların ona yaxınlaşaraq “Siz məni həyata qaytardınız” deyəcəyinə ümid edir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər