Oman hakimiyyəti gəmilərin Hörmüz boğazından tranzit keçidi üçün rüsumların tətbiqinə qarşı çıxır və belə tədbirləri beynəlxalq hüququn pozulması hesab edir. Bunu sultanlığın xarici işlər naziri Badr Albusaidi bəyan edib.
“Oman Sultanlığı Hörmüz boğazında gəmilərin tranzit keçidi üçün rüsumların tətbiqini rədd edir, çünki bu, beynəlxalq səviyyədə qadağandır”, – deyə o, “Radio Monte Carlo Doualiya” radiostansiyasına müsahibəsində bildirib.
Bununla yanaşı, nazir dəniz təhlükəsizliyi sahəsində könüllü xidmətlərin göstərilməsi məsələsinin gəmiçilik şirkətləri ilə müzakirə oluna biləcəyini istisna etməyib.






