9 C
Baku
Friday, December 13, 2024

Oman sərvət fondunu iki yerə böləcək

Oman dövlət sərvət fondunu iki portfelə – yerli və xarici aktivlərə bölməyi planlaşdırır, Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir. Vurğulanır ki, Omanın Milli İnkişaf Portfeli yerli aktivləri idarə edəcək və 160-dan çox şirkətin səhmlərini hesablayacaq.

Fondun “Nəsillər portfeli” adlanan ikinci hissəsi əsasən xarici aktivlərdən ibarət olacaq. Fondun bu bölməsindən əldə olunan vəsait “gələcək nəsillər üçün maksimum təsirə nail olmaq üçün” istifadə olunacaq.

2020-ci ildə Oman suveren sərvət fondlarını təxminən 17 milyard dollar aktivi olan vahid qurumda birləşdirdi ki, bu, Körfəzdəki dövlət sərvət menecerləri üçün mövcud olan ən az aktivlərdən biridir.

Oman gündəlik təxminən 830 min barel xam neft hasil edir. Ölkə OPEC+ üzvüdür. Heytam bin Tariq 2020-ci ildə hakimiyyətə gəldikdən sonra Oman hökuməti büdcəni tarazlaşdırmaq, borcları və əlavə dəyər vergisini azaltmaq üçün bir sıra islahatlar həyata keçirib. Oman hökuməti neft qiymətlərindəki artımdan COVID-19 pandemiyası zamanı artan dövlət borcunu azaltmaq və ölkənin inkişaf layihələrinə maliyyəni artırmaq üçün istifadə etmək niyyətindədir.

“Bloomberg” agentliyinin məlumatına görə, bu ilin ilk iki ayı ərzində ölkə büdcəsinin profisiti 545 milyon dollar təşkil edib. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, bir il əvvəl büdcə kəsiri 1.2 milyard dollar olub.

Bazar ertəsi “Brent” nefti son iki həftədə minimuma düşüb və bir barel üçün 102 dollardan aşağı düşüb. “WTI” 97 dollar cuvarında aşağı qiymətə ticarət edib.

 

Son xəbərlər
Digər xəbərlər