Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə danışıqlarının birinci raundu başlayıb.
Banker.az xəbər verir ki, məlumatı “Tasnim News” informasiya agentliyi yayıb.
Bildirilib ki, danışıqlara ABŞ-dən Prezidentin xüsusi nümayəndəsi Stiff Uitkoff, İrandan isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir.
Məlumata görə, İran XİN-in başçısı danışıqlardan əvvəl Oman Krallığının xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşərək, İran-ABŞ danışıqlarının irəliləməsi yollarını müzakirə ediblər.






