6 C
Baku
Friday, November 8, 2024

Ombudsman güzəştli ipotekada ilkin məbləğin ləğvini təklif edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) güzəştli ipoteka kreditinin maksimal məbləğinin mənzil bazarının real tələbinə uyğun artırılmasını təklif edir.

Ombudsmanın 2014-cü il üçün illik hesabatında vurğulanıb ki, gənc ailələr tərəfindən ödənilməli olan ilkin məbləğ minimuma endirilməli və ya ləğv edilməli, kreditin ödənilməsi müddəti uzadılmalı, faiz dərəcəsi aşağı salınmalı, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik olan şəxslərin siyahısı genişləndirilməlidir.

Ombudsmanın fikrincə, qeyd olunanların təmin olunması məqsədilə Azərbaycan Respublikası prezidentinin 2007-ci il 23 yanvar tarixli, 515 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respubliksaında güzəştli kreditlərin verilməsi Qaydalarına” əlavə və dəyişikliklər edilməlidir.

Publika.az

Son xəbərlər
Digər xəbərlər