23 C
Baku
Wednesday, June 26, 2024

OMG abreviaturası ilk dəfə Çerçillə ünvanlanmış məktubda istifadə edilib

OMG abreviaturası «Aman Allah!» frazasının (ingiliscə «Oh my God») qısaldılmış versiyasından irəli gəlir. 1917-ci ildə Britaniyalı general Con Arbetnot bu qısaltmadan Çerçillə yazdığı məktubda istifadə edib. O, yazırdı: «Mən eşitmişəm ki, yeni cəngavər ordeni müzakirə olunur! OMG! Admirallığı onunla təltif edin!» 

2011-ci ildə bu ifadə ingilis dilinin Oksford lüğətinə əlavə edilib. Bir qayda olaraq, OMG təəccüb, həyəcan, maraq, hiddət və qıcıqlanma ifadə etmək üçün istifadə olunur. Son zamanlar abreviatura getdikcə daha çox veb-səhifələrdə, SMS-lərdə və hətta televiziya realiti-şoularında rastlanmağa başlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər