“Pfizer” və “Moderna” əczaçılıq şirkətlərinin rəhbərləri “CNBC”yə koronavirusun “omikron” ştamı əleyhinə vaksinlərin nə vaxt hazır olacağını açıqlayıblar. Bildirilir ki, “Pfizer” vaksini mart ayında, “Moderna” vaksini isə payıza qədər hazırlanacaq.
Banker.az xəbər verir ki, şirkətlərin baş direktorları Albert Burla və Stefan Bansel ən yaxşı məhsul buraxmaq istədiklərini söyləyiblər. “2022-ci ilin payızına qədər mümkün olan ən yaxşı məhsulu buraxmağa hazır olmaq istəyirik”, – deyə mesajda bildirilib.
Burla “Pfizer”in yeni peyvəndin istehsalına artıq başladığını qeyd edib. O, vaksinin dövran edən digər ştamlara qarşı effektiv olacağını söyləyib.
Ağ Evin baş tibb müşaviri doktor Entoni Fauçi dekabr ayında demişdi ki, “omikron”dan qorunmaq üçün əlavə dozaya ehtiyac yoxdur, çünki mövcud buster dozalar ona qarşı effektivdir.