7 C
Baku
Thursday, December 12, 2024

Omikron qorxusu: Neftin qiyməti son üç ayın minimumuna düşür

Neftin qiyməti son iki gündə qazandığı qiymət artımının hamısını itirir. “Moderna”nın baş icraçı direktoru hazırkı vaksinin yeni yayılmış “Omicron” ştammına qarşı effekti olmaması açıqlaması ardından neftə olan tələbin azalacağı ehtimalı ilə qiymətini gün ərzində 3% ucuzlaşdırdı.

Dərman istehsalçısı “Moderna”nın rəhbəri Stefan Bansel Financial Times-a bildirib ki, əllərində olan vaksinin “Omicron”a qarşı “Delta”ya olduğu kimi olmayacaq. Hətta bu ehtimalın da çox az olduğunu bildirir.

Brent xam neftinin barreli yanvar fyuçersləri üzrə qiyməti $2.32 və ya 3.2% ucuzlaşmaqla $70.65-ə düşüb. Bu da sentyabr 1-dən bu tərəfə qeydə alınmış ($70.52 ) ən aşağı göstəricidir.

ABŞ-ın Qərbi Texas nefti (WTI) avqust ayının 26-dan bu tərəfə ən aşağı həddə düşüb. Xam neft fyuçerslərdə  $2.15 və ya 3.1% ucuzlaşmaqla $67.80 səviyyəsinə düşüb.

Qeyd edək ki, hazırda ABŞ dollarının altı əsas valyuta səbəti qarşısındakı indeksi 0.603 bənd, yəni 0.63% enişlə 95.735 bəndə düşüb.

Treyderlərin hazırda neft bazarı üzrə düşündürən, Omicron varantinin gələcəkdə konkret hansı təsirlərini ortaya qoyacağıdır. Məsələn, buna ölkələrin yenidən qapanmalara getməsi, sərhədlərinin bağlanması və nəticə etibarı ilə 2020-ci ildəki kimi neftə tələbin kəskin düşməsi ehtimaldır. Baxmayaraq ki, OPEC+ hətta yanvar üçün siqnallar verir ki, hasilat artımı üçün planlarını dəyişə biləcəklərini açıqlayıblar, istənilən halda qapanmalar olarsa hazırkı neft hasilatı tələbin kəskin düşməsi ilə bolluq yarada bilər.

Son xəbərlər
Digər xəbərlər