Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülleteninin məlumatlarına əsasən, koronavirusun “omikron” ştamı dünyanın 106 ölkəsində aşkarlanıb.
Banker.az xəbər verir ki, “21 dekabr 2021-ci il tarixində olan məlumata görə, koronavirusun “omikron” variantı 106 ölkədə tapılıb”, – deyə mesajda bildirilir.
Təşkilat vurğulayıb ki, “omikron” ştamı ilə bağlı ümumi risk yüksək olmağa davam edir.
ÜST-in baş direktoru Tedros Gebreyesus daha əvvəl demişdi ki, COVID-19-un yeni ştammı “deltadan” daha sürətli yayılır.