10 C
Baku
Monday, November 18, 2024

“Omikron” ştamının fərqləndirici xüsusiyyətləri açıqlanıb

Çin ekspertləri koronavirusun “omikron” ştamının üç fərqləndirici xüsusiyyətini müəyyən ediblər.

Banker.az xəbər verir ki, onlardan biri çoxsaylı mutasiyalardır. Ştamın daha bir xüsusiyyəti odur ki, o, digərləri ilə müqayisədə daha sürətli yayılır və daxil olduğu populyasiyalarda hakim olur. Bundan əlavə, “omikron” orqanizmin COVID-19-a qarşı formalaşdırdığı immuniteti məhv edir.

Mütəxəssislər hesab edirlər ki, mövcud peyvəndlərin “omikron” ştamına qarşı effektivliyi barədə danışmaq hələ tezdir.

Xatırladaq ki, koronavirusun yeni ştamı olan “omikron” (B.1.1.529) noyabrın 25-də CAR-da müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu “narahatlıq doğuran” kimi təsnif edib.

Son xəbərlər
Digər xəbərlər