2 C
Baku
Saturday, December 14, 2024

“Omikron” ştamının “qeyri-adi” simptomu açıqlanıb

Britaniyalı həkim Devid Lloyd “Sky News”a bildirib ki, koronavirusun omikron ştamına yoluxmuş uşaqlarda “qeyri-adi” səpgilər yarana bilər.

Banker.az xəbər verir ki, həkimin vurğuladığı kimi, “omikron”a yoluxmuş uşaqlarda simptomlar böyüklərlə müqayisədə fərqli olur. “Yorğunluq, baş ağrısı və iştahsızlıq kimi əlamətlər çox vacib görünür”, – deyə Devid Lloyd söyləyib.

Xatırladaq ki, koronavirusun yeni ştamı olan “omikron” (B.1.1.529) noyabrın 25-də CAR-da müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu “narahatlıq doğuran” kimi təsnif edib.

Son xəbərlər
Digər xəbərlər