Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada COVID-19-un dünyada ən çox yayılmış variantı olan “Omikron”un 2 yeni alt variantını aşkar edib.
Bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus məlumat yayıb.
O, təşkilatın Cenevrədəki mənzil-qərargahında təşkil edilən mətbuat konfransında koronavirusdan ölənlərin sayında azalma müşahidə olunduğunu bildirib.
“Cənubi Afrikalı tədqiqatçılar “Omikron”un BA.4 və BA.5 adlı iki yeni alt variant kəşf ediblər”, – deyə təşkilatın sədri qeyd edib.