-3 C
Baku
Sunday, December 15, 2024

Omsk vilayətində Azərbaycana reyslər təşkil etməyi planlaşdırırlar

Rusiyanın Omsk vilayəti Azərbaycanla hava əlaqəsini təşkil etməyi panlaşdırır. Bu barədə vilayətin qubernatoru Aleksandr Burkov məlumat verib.

“Beynəlxalq uçuşların coğrafiyasını genişləndirmək zəruridir. Bu gün Omsk aeroportundan Çin, Almaniya, Özbəkistan, Azərbaycana reyslərin təşkilinə dair aviaşirkətlərlə danışıqlar aparılır”, – Burkov büdcə müzakirələri zamanı bildirib. Yerli mətbuat qubernatorun sözlərindən sitat gətirir.

Burkovun sözlərinə görə, 2020-ci ildə Omskdan Çelyabinsk, Qorniy Altay, Noyabrsk, Tümen, Nijnevartovsk, Barnaul və Novokuznetska yeni reyslərin açılması planlaşdırılır.

2018-ci il ərzində fəaliyyətin yekunları üzrə Omsk aeroportunda (Mərkəzi) 1,1 mln.-dan artıq sərnişinə xidmət göstərilib, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 16% çoxdur. 2018-ci il ərzində 5 880 hava gəmisinə xidmət göstərilib (artım 15%)

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər