18 C
Baku
Tuesday, April 23, 2024

“Ömür yolu”

Bir gün varlı və şöhrətli bir şəxs yuxu görür. O səhər həmin yuxuya əsasən bir qonaqlıq təşkil edir və bütün qohum, tanış və dostlarını həmin məclisə dəvət edir. Hamı məclisə gəlir və bunun sayəsində çox şən məclis yaranır. Dostların, tanışların, qohumların əhatəsində yaranan şənlik öz həyəcan və coşqusuyla davam edirdi. Birdən adamın qulağına bir səs gəlir: “Əcələ gedəcəksən!” və elə bu anda bütün ətrafındakı adamlarla birlikdə özünü qızmar günəşin altında, bir sahildə görür.

Gənc adam dənizə doğru əcəlinə getməyə başlayır. Bir az getdikdən sonra arxasına dönüb baxanda, dostlarından, tanışlarından və qohumlarından heç kimsənin qalmadığını görür. Onunla bərabər irəliləməyə sadəcə ailəsi davam edirdi.Qum daha da istiləşdikcə, ayaqlarını yandırmağa başlayırdı. Və gənc adam dönüb arxasına baxdığı zaman, sadəcə 6 ayaq izi görünürdü. 1 cüt özünün, 1 cüt anasının və 1 cüt atasının. Əcəlinə doğru irəliləməyə davam edərkən, qızğın qumun şiddəti də daha da artırdı və… qumdakı ayaq izi 4-ə düşür. 1 cüt özünün və 1 cüt də anasının. Gənc adam davam edər yoluna və 1 az daha irəlilədikdən sonra, quma batmağa başlayır. Dönüb arxaya baxanda isə qumda yalnız öz ayaq izlərinin olduğunu görür.

O an ağlayaraq “Ey böyük Allahım! Əcəlimə gedərkən, sevdiklərim, çevrəm və ailəm məni tərk etdi. Sonra da atam belə məni tərk etdi. Məni sənin rəhmindən alan anam belə məni tərk etdi” deyərək ağlamağa başlayır. Birdən anidən qışqıraraq “Anam hardasan, niyə məni tək qoydun, niyə məni buraxdın?” deyə bağırır. Elə bu anda aşağıdan 1 səs yüksəlir.

Qum çox qaynar idi, acı çəkirdin və mən sənin acı çəkməyinə dözə bilmədim. Aşağıya bax oğlum, səni çiyinlərimdə aparıram…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər