-3 C
Baku
Sunday, December 15, 2024

Ömürlük müavinətin təyin olunması qaydasında dəyişiklik edilib

Azərbaycan Nazirlər Kabineti “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə, könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”da dəyişiklik edib.

Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra müavinət  alan şəxsin arzusu ilə onun və ya müvafiq qaydada etibarnamə verilmiş şəxsin Azərbaycanda fəaliyyət göstərən bankdakı hesabına köçürülür.

Qeyd edək ki, indiyə qədər müavinət alan şəxsin arzusu ilə müavinət onun Azərbaycan bankında şəxsi hesabına köçürülə və müvafiq qaydada etibarnamə verilmiş şəxsə verilə bilərdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər