11 C
Baku
Sunday, April 20, 2025

On aya 57 ton qızıl: Azərbaycan əhalisi və şirkətlər xaricdən qızıl idxalını aybaay artırır

Dünya birjalarında qızılın qiymətləri tarixi rekordunu yeniləyərkən Azərbaycandan olan tələb daha da yüksəlməkdədir.

Banker.az xəbər verir ki, 2025-ci ilin fevralında xaricdən ölkəyə daha 7 918 kiloqram qızıl idxal edilib və bunun da dəyəri $732.1 milyon təşkil edib. Burada söhbət Dövlət Neft Fondunun deyil, digər şirkət və əhali tərəfindən alınan qiymətli metaldan gedir.

Cari ilin yanvarında isə daha 7 950 kq və ya $689.95 mln.-luq qızıl alındığını nəzərə alsaq, iki aya 15 868 kq ($1.422 mlrd.) həcmində bu sarı metaldan alınıb.

Qızıl özünü son dövrlərdə əsl hedc aləti kimi aparır. Geosiyasi risklərin davam etməsi, əsas mərkəzi bankların faizləri endirməsi qızıla olan tələbi böyük həcmdə artırıb. Nəticədə, qızılın dəyəri yeni tarixi maksimum yeniləyir. Üstəlik, ABŞ-nin keçən il seçilmiş prezidenti Donald Trampın tariflər tətbiq etməsi əsas ölkələrin fiat valyutalarını və eləcə də dünyanın ehtiyat limanı sayılan dolları zərbə altına qoyur.

Ümumdünya Qızıl Təşkilatının məlumatına əsasən, 2025-ci ilin yanvarında mərkəzi banklar ümumilikdə 18 ton qızıl alıb. Ən çox alış edən ölkələr: Özbəkistan (8 ton), Çin (5 ton), Qazaxıstan (4 ton), Polşa, Hindistan isə hərəsi 3 tonla siyahıya daxil olub.

Təkcə bu ilin əvvəlindən indiyə qədər qızılın bir troy unsiyasının qiyməti 29 faiz dəyər əldə edib və qiymət artımının sonu da qeyri-müəyyəndir. Hazırda bir unsiyanın spot qiyməti 3,327.11 dollar təşkil edir.

Azərbaycanda isə qızıl alışları ixrac kimi 2024-cü ilin aprelindən sürətlənib və hər ay öncəki aydan daha yüksək tələb yarandığı müşahidə edilir. Məsələn, keçən ilin aprelindən bu bu ilin fevralına Azərbaycan xaricdən 56 947 kq həcmində və ya $4.735 mlrd. dəyərində qızıl idxal edib.

42423423 scaled

Ölkəmizdə qızılın əsas alıcısı qismində Dövlət Neft Fondu (ARDNF) çıxış edir. Suveren fond yanvar, fevral və mart aylarında ümumilikdə 18.7 tonluq qızıl almaqla ehtiyatların həcmini 146.6 tondan 165.3 tona yüksəldib. 2024-cü ilin əvvəlində isə ARDNF-nin qızıl ehtiyatlarının həcmi 101.8 ton idi. Beləliklə, qızılın bahalaşması rallisində fondun bu portfelində qızılın həcmində 63.5 tonluq artım olub.

Qızılın qiymətinin bahalaşması Azərbaycandan alış xərclərini də artırır. Məsələn, keçən il 1 kq qızılın qiyməti ölkəyə $73 740-a başa gəlirdisə, həmin göstərici bu il təxminən $92 460-a qalxıb.32312 scaled

Son xəbərlər
Digər xəbərlər