Son on ildə bir çox filmlər yayımlandıqdan sonra öz büdcəsindən dəfələrlə artıq olan məbləğlər əldə etmişlər.
Aşağıda bu filmlərin siyahısı ilə tanış ola bilərsiniz.
1. Paranormal varlıqlar (2007-ci il)
Çox güman ki, heç kimin şübhəsi olmayacaq ki, burada ilk yeri qorxu filmləri tutacaq. “Paranormal varlıqlar” həm müsbət, həm də mənfi təhlillərə məruz qalmışdı. Bunlar sırasında dahi yaradıcılıq barəsində fikir və əbəs yerə xərclənmiş pullar barədə heyflənmək barədə də fikirlər var idi. Lakin qeyd etmək lazımdır ki, bu filmə pullar heç də əbəs yerə xərclənməyib. Yalnızca filmin kirayə götürülərək baxılmasından büdcəyə 194 milyon dollar gəlmişdi.
2. Təmizlənmə (2004-cü il)
Rok musiqiçilərinin həyatından və ölümündən bəhs edən dramatik film. Rok musiqisinin elə də məşhur olmadığı bir dövrdə bu filmin demək olar ki, 3 milyon dollara yaxın məbləğ toplamasını əvvəlcədən demək çətin idi. Bu filmdə real ailə münasibətləri, doğru seçim problemləri öz əksini tapdığından geniş tamaşaçı kütləsinin marağına səbəb olub.
3. İki nəfərlik porsiya (2004-cü il)
Burada bədii filmlərlə yanaşı komediya və dram kimi təyin olunmuş sənədli filmlər də yer almışdır. Bütün bunlar Morqan Sperlokun işində cəmlənib və bu filmdə son zamanlar haqqında çox danışılan MakDonaldsdan söhbət gedir. Filmin yaradıcıları filmə 65 min dollar sərmayə yatırmış və sonda ondan 28,5 milyon dolar gəlir əldə etmişlər. Bəs bu sənədli filmin mahiyyəti nədən ibarət idi? Bu filmə baxanlar dəhşətə gəlmiş və bundan sonra sağlam qida ilə qidalanacaqlarına söz vermişlər. Lakin bununla yanaşı bu restoranlar şəbəkəsi hələ də bütün dünyada öz fəaliyyətini davam etdirməkdədir.
4. Bir dəfə (2006)
İstənilən populyar və yaxud böyük məbləğdə gəlir gətirən filmlər siyahısında sevgiyə aid filmlər mütləq yer almalıdır. Sevgi barəsində ən çox gəlir gətirən filmlərdən biri də küçə musiqiçisi ilə gənc bir ananın münasibətlərindən bəhs edən irlandiyalıların yaratdığı filmi göstərmək olar. Bu filmin yaradılmasına 150 min dollar xərclənmiş və son nəticədə 20,5 milyon dollar əldə etmişdi.
5. Napoleon Dinamit (2004)
Bu film 2004-cü ildə yaradılıb və filmdə qeyri-adi gənc bir oğlandan bəhs edilir. Bu oğlan fantastik heyvanların şəkillərini çəkir və nindza olub öz dostu ilə birgə tələbə seçkilərində qalib gəlməyi arzulayır. Bu film isə ona çəkilən xərclərdən 115 dəfə çox olan 45 milyon dollar qazanmışdı.
6. Açıq dəniz (2003)
Bu filmdə isə açıq dənizdə ərlə həyat yoldaşının köpək balıqları içərisində tək qalmalarından bəhs edilir. Film tənqidçilərdən orta göstəricidən bir az yuxarı qiymət alsa da, kirayə edilərək baxılmadan 54,5 milyon dollar qazana bilmişdi. Bu da filmə çəkilən xərclərdən 10 dəfə artıq idi.
7. Nəhənglərlə qarşıdurma (2006)
Amerikan azarkeşlər bu filmi böyük coşqu ilə qarşılamışlar. Bu film xristian məktəbinin komandasında oynayan amerikan futbolçuların çətinliklərindən, ailə həyatlarından, nail olmaq istədikləri arzularından bəhs edir. İdman azarkeşləri və dram sevərlərin sayəsində film yaradıcıları 10 milyon dollardan çox qazandılar.
8. Vəsvəsə (2012)
Daha bir kifayət qədər qorxulu film. Bu film ruhi xəstə olan cinayətkarların qaldığı və əsas qəhrəman İzabellanın olduğu italyan klinikasından bəhs edir. Vəziyyəti anlamağa çalışan gənc qız kömək üçün keşişlərə müraciət edir və anasının bədənindən günahkar ruhu qovmağa çalışır. Bu filmin yaradıcıları filmə 1 milyon xərcləyərək, filmdən 101 milyon dollar gəlir əldə etmişlər.
9. Usama (2003)
Bu film siyahıdakı filmlər içərisində ən təsirli və bu gündə aktual olan bir filmdir. Film Əfqanıstanda taliban qoşunlarının hökmranlığı dövründə qadınların necə kişilərdən asılı vəziyyətdə olduqları təsvir olunur. Filmin çəkilişlərində heç bir təcrübəsi olmayan qaçqınlar iştirak edib və bu da özlüyündə filmə reallıq qazandırıb. Buna baxmayaraq, film 3,7 milyon dollar qazana bilib. Lakin film əldə etdiyi gəlirlə öz xərclərini dəfələrlə üstələyə bilmişdir.
10. Mişar: sağ qalmaq oyunu (2004)
Kifayət qədər məşhur olan “Mişar” filmi 7 hissədən ibarətdir və bu filmin çəkilişinə 1,2 milyon dollar xərcləyən film yaradıcıları sonda filmdən 103 milyon dollar əldə etmişlər.