37 C
Baku
Tuesday, August 16, 2022

OnePlus 9 smartfonu haqqında yeni detallar məlum olub

2021-ci ildə təqdim olunacaq OnePlus 9 smartfonu haqqında yeni detallar məlum olub.

Modeldə kabelsiz adapter dəstəyi olacaq.

4500 mAs gücündə batareyaya malik smartfonun gələn ilin ilk rübündə təqdim ediləcəyi bildirilir.

OnePlus 9-dan başqa, OnePlus 9 Lite və OnePlus Nord SE modeli də təqdim olunacaq. Nord SE-nin texniki xüsusiyyətləri artıq bəllidir.

İddiaya görə, telefonun arxasında 32 və 8 meqapiksel kameralar yer alıb. Əsas kamera isə 48 meqapikseldir.

Gücünü Snapdragon 765G prosessorundan alacaq Nord SE 6,4 düymlük ekran daşıyacaq. Cihaz 6/8/12 GB əməli, 64/128/256 GB daxili yaddaşa malik versiyalarda olacaq.

MənbəTed.az
Son xəbərlər
Oxşar xəbərlər