16 C
Baku
Sunday, October 6, 2024

“OnePlus” yeni flaqman smartfon və simsiz qulaqlıqlar təqdim edib

“OnePlus” şirkəti yeni iki məhsulunu – OnePlus 11 flaqman smartfonunu və One Plus Buds Pro 2 simsiz qulaqlıqlarını təqdim edib.

Smartfon 6.7 düymlük QHD+ və Dolby Vision texnologiyasını dəstəkləyən AMOLED displeylə təchiz edilib. Yenilik 12 və ya 16 Gb operativ yaddaş, 256 və ya 512 Gb daxili yaddaşla yanaşı, güclü Snapdragon 8 Gen 2 çipi əldə edib.

Cihaz toz və suya davamlıdır, həmçinin NFC moduluna malikdir. OnePlus 11-in batareya tutumu 5000 mAh-dır. Smartfondan əlavə şirkət yeni Buds Pro 2 qulaqlıqlarını da təqdim edib. Yenilik Dolby Atmos texnologiyasını dəstəkləyir və smartfon kimi toz və suya davamlıdır.

2

Çində OnePlus 11 və OnePlus Buds Pro 2 cihazlarının satışı yanvarda başlayır, qlobal bazarlara isə yeniliklərin fevralda çıxacağı nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər