12 C
Baku
Wednesday, December 11, 2024

“OnePlus”ın qurucusu şəffaf simsiz qulaqlıq təqdim edib

“OnePlus”ın qurucusu Karl Peyem tərəfindən yaradılan “Nothing” şirkəti yeni şəffaf simsiz qulaqlıq təqdim edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Ear (1)” adını alan bu qulaqlıq həm “Android”, həm də “iOS” əməliyyat sistemləri üçün uyğun gəlir. Cihazın qiyməti 99 dollar təşkil edir.

“Ear (1)” qulaqlığı “Teenage Engineering” musiqi avadanlığı istehsalçısı ilə birgə 11.6 mm-lik dinamiklərlə təchiz edilib. Onların xarici səs-küy səviyyəsini 40 dB -ə qədər azaltmağa qadir olduğu bildirilir.

Eyni zamanda model “IPX4” standartına uyğun olaraq su və tozdan qorunub. “Ear (1) qulaqlığı bir şarj ilə 5.7 saatadək işləyir. Simsiz şarjdan istifadə edərək, avtonom rejimi 34 saatadək uzadılır.

Son xəbərlər
Digər xəbərlər