-1 C
Baku
Sunday, December 15, 2024

“Onlar Azərbaycana gəlmədən müəssisə aça bilərlər” – Baş icraçı direktor

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, eyni zamanda rəqəmsal təşəbbüsləri də dəstəkləyir.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “3-cü Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Böyük İpək yolunun üzərində yerləşməklə Azərbaycan dünyada ikinci dəfə Rəqəmsal Ticarət Qovşağını yaradıb, eyni zamanda dördüncü sənaye inqilabi mərkəzi ilə əməkdaşlığa başlayıb.

“Azərbaycan bir tərəfdən Böyük İpək Yolu üzrə fiziki rəqəmsal infrastrukturun yaradılmasını həyata keçirir, digər tərəfdən isə Böyük İpək Yolu üzrə rəqəmsal həllərin təmin edilməsində fəal iştirak edir. Digər tərəfdən isə Azərbaycanda Böyük İpək Yolu layihəsinin rəqəmsallaşması istiqamətində dövlət-özəl partnyorluğu həyata keçirilir.”

V.Qasımlı qeyd edib ki, Azərbaycanın rəqəmsal liderliyini dövlət və özəl sektor birlikdə həyata keçirir, birlikdə strategiyaları müəyyənləşdirirlər.

“Azərbaycan dünyada ikinci rəqəmsal ticarət qovşağını yaradan, birinci mobil rezidentliyi, ikinci elektron rezidentliyi , ilk dəfə məsafədən bank hesabının açılmasını təmin edən ölkədir”.

İcraçı direktorun sözlərinə görə, Azərbaycan qeyri-rezidentlərə şərait yaradıb ki, onlar hətta ölkəmizə gəlmədən belə müəssisə aça bilərlər: “Bu, Azərbaycanın investisiya mühitində yeni rəqəmsal həllərdir”.

Son xəbərlər
Digər xəbərlər