9 C
Baku
Thursday, December 12, 2024

“Mehriban xanım dedi ki, ölkəyə qayıdın, işlə təmin olunacaqsınız”

“Dövlət qulluğunda yüzlərlə vakant işlər mövcuddur, eyni zamanda yüzlərlə gənc mütəxəssis iş axtarır.”

Bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Əli Hüseynli deyib.

“Çox maraqlıdır. Rəqəmin bu qədər böyük olduğunu təsəvvür edə bilməzdim. 2006-cı ildə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndə heyəti ABŞ-da səfərdə idi. Mehriban Əliyeva orada təhsil alan azərbaycanlı gənclərlə görüş keçirdi, onlara dedi ki, ölkəyə qayıdın, işlə təmin olunacaqsınız. Həmin tələbələrin böyük əksəriyyəti bildirdi ki, ölkəyə gəlirik, amma iş tapa bilməyib, geri qayıdırıq. Mehriban xanımın belə ideyası oldu ki, xüsusi bir bank, kadr reyesteri yaradılsın” – deyə deputat qeyd edib.

Ə.Hüseynli vurğulayıb ki, dövlət qurumları istedadlı gəncləri işə dəvət etməkdə maraqlı olmalıdır.

– AzVison

Son xəbərlər
Digər xəbərlər