24 C
Baku
Friday, April 26, 2024

Onlayn alış-veriş edənlərin nəzərinə! – Baş Prokurorluq xəbərdarlıq edir

Baş Prokurorluq onlayn alış-veriş zamanı baş verən dələduzluq halları ilə bağlı vətəndaşlara müraciət edib.

Banker.az xəbər verir ki, Baş Prokurorluq vətəndaşlara “instagram”, “facebook” və müxtəlif onlayn alış-veriş səhifələrindəki elanlara dərhal inanmamağı, elanın həqiqiliyi barədə araşdırma aparmalarını, mümkün qədər ödənişi sifarişin çatdırılmasından sonra etmələrini tövsiyə edir.

Baş Prokurorluqdan bildirilir ki, koronavirus pandemiyasının bütün dünyada geniş yayılması onlayn ticarətin inkişafına müsbət təsir edib. Ticarətin bu növünün geniş yayılması həmin sahədə dələduzluq hallarının artmasına da səbəb olub. Belə ki, bəzi şəxslər “instagram”, “facebook” və müxtəlif onlayn alış-veriş səhifələrində hər-hansı bir məhsulun real qiymətindən ucuz qiymətə satılması və hətta yerindən asılı olmayaraq ünvana çatdırılması ilə bağlı elanlar yerləşdirir. Həmin elanları görən şəxslər bəzən qiymətin ucuz olmasına aldanaraq heç bir araşdırma aparmadan məhsulu sifariş etmək üçün həmin elan sahibləri ilə əlaqə yaradırlar. Elanı verən şəxslər müştəriyə təqdim etdikləri bank hesab nömrəsinə ödəniş edildikdən sonra 1-2 gün ərzində məhsulu çatdıracaqları ilə bağlı yalan vədlər verirlər. Reallıqda elan sahibləri müştəridən məhsulun məbləğini aldıqdan dərhal sonra bütün əlaqə vasitələrini dəyişərək bank hesabını bloklayır. Beləliklə, onlar asan yolla öz dələduzluq əməllərini başa çatdırmış olurlar. Odur ki, vətəndaşlardan bu kimi elanlara dərhal inanmamağı, elanın həqiqiliyi barədə araşdırma aparmaları, mümkün qədər ödənişi sifarişin çatdırılımasından sonra etmələri tövsiyə olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər