12 C
Baku
Monday, October 28, 2024

Onlayn avtomobil hərracları ilə bağlı məsələ gələn ay həll olunacaq

“Audatex-Azerbaijan” şirkətinin Azərbaycan bazarında təqdim etmək istədiyi onlayn avtomobil hərracı xidməti ilə bağlı iyulun 4-5-də görüş keçiriləcək. Bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev məlumat verib.

Onun sözlərinə görə, görüşdə rəhbərlik etdiyi qurumun nümayəndələri ilə yanaşı Maliyyə Bazarlarına Nəzarət Palatası və “Audatex” şirkətinin təmsilçiləri iştirak edəcəklər. Görüşün nəticəsi olaraq “Audatex”in sözügedən proqram təminatının Azərbaycanda tətbiqinə başlanıla bilər.

E.Quliyev onu da bildirib ki, gələn ay keçirilməsi nəzərdə tutulan görüşdə İSB-nin “Audatex-Azerbaijan” şirkətindən 5% pay alması məsələsi də müzakirə olunacaq.

Report

Son xəbərlər
Digər xəbərlər