Onlayn bank 500 mln. dollar investisiya cəlb edib

Böyük Britaniyanın “Revolut” fintex şirkəti 5,5 milyard dollar qiymətləndirmə ilə 500 milyon dollar investisiya cəlb edib.

Banker.az xəbər verir ki, bu haqda “TechCrunch” məlumat verib.

Vəsait İngiltərənin xaricində xidmətlərin genişləndirilməsinə xərclənəcək. Yeni funksiyalardan “Revolut for Business” in həm fiziki, həm də hüquqi müştərilər istifadə edə biləcəklər.

Xatırladaq ki, “Revolut” şirkəti 2015-ci ildə təsis edilib. Şirkət bir neçə valyuta hesabı olan kartlar buraxır ki, bu da müştərilərə komissiya ödəmədən bir valyutanı digər valyutaya dəyişməyə imkan verir. Son dəfə startap 2018-ci ildə investisiya cəlb etmişdir: 1,7 milyard dollar qiymətləndirmə ilə DST Global-dan 250 milyon dollar.

Şirkəti təxminən 6 milyard dollar dəyərində qiymətləndirildiyini nəzərə alsaq, “Revolut” un rəhbəri olan Nikolay Storonskinin sərvətinin 1,65 milyard dollar təşkil etdiyini güman edə bilərik.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları